Azərbaycan prezidenti Türkiyə Respublikasını 100 yaşı münasibətilə təbrik etdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb

2057178
Azərbaycan prezidenti Türkiyə Respublikasını 100 yaşı münasibətilə təbrik etdi

 

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Tarixən olduğu kimi, xalqlarımız bu gün də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə yaşayır.

  Azərbaycan xalqı Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə siz (Rəcəb Tayyib Ərdoğan – red.) başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının Azərbaycanın haqq işinə, ərazi bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq.

  Biz Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir.

  Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Türkiyə qardaşlığını və birliyini əbədiyyətədək yaşatmaq və daha da möhkəmləndirmək, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək yolunda üzərimizə düşən şərəfli missiyamızı bundan sonra da birgə və uğurla yerinə yetirməyə davam edəcəyik.

  Bu tarixi gündə qardaş Türkiyə xalqının sevincinə qoşulur, prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətində müvəffəqiyyətlər, Türkiyə Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayırıq”.

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi sosial şəbəkə hesablarında da paylaşım edib. Dövlət başçısı Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu foto paylaşıb.



Әlaqәli Xәbәrlәr