Sadır Çaparov Almaniya- Orta Asiya sammitində çıxış edib

Qırğızıstan Prezidenti Sadır Caparov bəyan edib ki, Mərkəzi Asiya ilə Almaniya arasındakı əməkdaşlıq gücləndirilməlidir.

2044396
Sadır Çaparov Almaniya- Orta Asiya sammitində çıxış edib

Qırğızıstan Prezidenti Sadır Caparov bəyan edib ki, Mərkəzi Asiya ilə Almaniya arasındakı əməkdaşlıq gücləndirilməlidir.
Sadır Çaparov Almaniyanın paytaxtı Berlində keçirilən Almaniya- Orta Asiya sammitində çıxış edib.
Sammitin əhəmiyyətinə diqqət çəkən Sadır Çaparov deyib:''Orta Asiya ilə Almaniya arasındakı əməkdaşlığın ardıcıl və hərtərəfli gücləndirilməsinin tərəfdarıyıq”. 
''Bu format əməkdaşlığın genişləndirilməsi və strateji regional tərəfdaşlıq səviyyəsinə çatdırılması istiqamətində mühüm addımdır” deyən Sadır Caparov almanların Orta Asiya regionu ilə iqtisadi qarşılıqlı fəaliyyətinin onların investisiya, ticarət və iqtisadi cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracağına inandığını bildirib.

Dünyadakı ənənəvi tədarük zəncirində yaşanan problemlərə də diqqət çəkən Sadır Caparov  Avropa İttifaqı və üzv ölkələrin dəstəyi ilə ticarət və iqtisadiyyatın şaxələndirilməsinin mümkün olacağını vurğulayıb.

Prezident Çaparov Almaniyanın “Yaşıl Orta Asiya” təşəbbüsünü dəstəklədiklərini diqqətə çatdırıb, beynəlxalq tərəfdaşları və investorları ekoloji layihələrə sərmayə qoymağa çağırıb.

İclasda Almaniya kansleri Olaf Şolts, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan prezidenti İmaməli Rəhman, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər.



Әlaqәli Xәbәrlәr