Nyu Yorkda TDT-na üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilib.

2041108

Türk Evində keçirilən toplantıya Türkiyenin xarici işlər naziri Hakan Fidan da qatılıb.
Toplantıda Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri, TDT-nin 10-cu sammitinə hazırlıq, təşkilatın Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi digər beynəlxalq təşkilatlarla əlaqələri və institusional strukturunun gücləndirilməsi məsələləri müzakirə edilib. 
Toplantıda TDT-yə üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv dövlətlər Macarıstan və Şimali Kıbrıs Türk Respublikası (ŞKTC) iştirak edib.

Hakan Fidan toplantıdan sonra  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Ceyhun Bayramov görüş zamanı Türk Evinə Qarabağa xas olan naxışlarla bəzədilmiş xalça hədiyyə edib.

Hakan Fidan hədiyəyə görə Ceyhun  Bayramova təşəkkür edib.

Әlaqәli Xәbәrlәr