Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərinə silahı yerə qoyaraq təslim olmaları ilə əlaqədar çağırış edib.

2039584

Nazirlikdən verilən bəyanatda deyilir:''Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərinə silahı yerə qoyaraq təslim olmaları ilə əlaqədar çağırış edirik. Bu halda lokal xarakterli antiterror tədbirləri dayandırılacaq''.

Bəyanatda nazirliyin Azərbaycan torpaqlarında müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti ilə əlaqə saxladığı və onların vəzifələrini yerinə yetirə bilmələri üçün hər cür şəraitin yaradıldığı qeyd olunub.

Әlaqәli Xәbәrlәr