Ersin Tatar: ''Dünyanı deyil, Türk dünyasını qucaqlamağa üstünlük veririk''

Şimali Kıbrıs Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar dünyanı deyil, türk dünyasını qucaqlamağa üstünlük verdiklərini deyib.

2036358
Ersin Tatar: ''Dünyanı deyil, Türk dünyasını qucaqlamağa üstünlük veririk''
binali yildirim kktc.jpg
cevdetv yilmaz kktc.jpg
ersin tatar.jpg

Şimali Kıbrıs Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar dünyanı deyil, türk dünyasını qucaqlamağa üstünlük verdiklərini deyib.

ŞKTR-nin paytaxtı Lefkoşada “Türk Dünyasının İnteqrasiyasında ŞKTR-nin Yeri və Önəmi” adlı panel iclas keçirilib.

Panel iclasında çıxış edən Ersin Tatar ŞKTR-nin türk xalqının ayrılmaz  parçası olduğuna diqqət çəkib və deyib: “Təbii ki, biz dünyanı deyil, türk dünyasını qucaqlamağa üstünlük veririk”. 

ŞKTR-nin 11 noyabr 2022-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın səyləri ilə TDT-da müşahidəçi statusla təmsil olunduğunu xatırladan Ersin Tatar deyib:
“Müstəqil bir xalq olaraq öz gələcəyini təyin etmək haqqını hayqıran bir cəmiyyətin, bir xalqın ayrılmaz parçası olan Türk xalqının öz dövləti ilə TDT-da bu mərhələyə çatması bizim üçün əlamətdar hadisədir''.
Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz  da Kıbrıs məsələsinin ''Türkiye Yüz İli''ndə həll olunacağını ifadə edib.

''Şimali Kıbrıs Türk Respublikasını hər cəhətdən öz ayaqları üzərində dura bilən, beynəlxalq ictimaiyyətin hörmətli bir üzvü etmək Türkiyenin prioritetləri sırasındadır”,-deyə Cevdet Yılmaz qeyd edib.
ŞKTR-də davam edən mübarizənin daha güclü şəkildə davam edəcəyini ifadə edən Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım Türkiyenin ŞKTR-nin hüquq və mənafelərini qorumaq üçün hər zaman fədakarlıq edəcəyini vurğuladı.



Әlaqәli Xәbәrlәr