Doğma Laçın torpaqlarına növbəti köç karvanı yola salındı

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar

2030211
Doğma Laçın torpaqlarına növbəti köç karvanı yola salındı
Laçın torpaqlarına növbəti köç karvanı_01.jpg
Laçın torpaqlarına növbəti köç karvanı_02.jpg
Laçın torpaqlarına növbəti köç karvanı_03.jpg

 

  Avqustun 29-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Laçına daha 13 ailə (52 nəfər) köçürülüb.

  Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva, torpaqları işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidləri böyük ehtiramla yad ediblər.

  Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

  Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib.



Әlaqәli Xәbәrlәr