Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə 40 ton undan ibarət ərzaq yardımı göndərib.

2030515
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə 40 ton undan ibarət ərzaq yardımı göndərib.
Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb.
Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan mətbuata açıqlamasında bildirib.
Yük maşınlarının  Ağdam-Xankəndi marşrutu üzrə hərəkət edəcəyini ifadə edən
Novruz Aslan deyib: ''Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq''.
Qeyri-hökumət təşkilatı olduqlarını qeyd edən Novruz Aslan lazım gələrsə, Qarabağdakı ermənilərə yardımları davam etdirəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr