Özbəkistana 7 ay ərzində 4 milyona yaxın turist gəlib

2023-cü ilin ilk yeddi ayı ərzində Özbəkistan 3,7 milyon xarici turist qəbul edib.

2029851
Özbəkistana 7 ay ərzində 4 milyona yaxın turist gəlib

2023-cü ilin ilk yeddi ayı ərzində Özbəkistan 3,7 milyon xarici turist qəbul edib.

Özbəkistanın Statistika Agentliyinin məlumatına görə, ölkəyə ən çox səfər edən turistlər arasında birinci yeri Tacikistan vətəndaşları tutub (1,151 milyon turist). İkinci yerdə Qırğızıstan (912,8 min), üçüncü yerdə Qazaxıstan (879,0 min), dördüncü yerdə Rusiya (417,4 min) və beşinci yerdə Türkiyə (58,0 min) qərarlaşıb.

TOP-10-a həmçinin müvafiq olaraq Türkmənistan (39,6 min), Cənubi Koreya (20,2 min), Hindistan (20,0 min), Çin (17,7 min) və Almaniya (14,1 min) daxil olub.

Yeni növ koronavirus (Covid-19) epidemiyasından əvvəl 2019-cu ildə 6 milyon 748 min turistin ziyarət etdiyi Özbəkistana gələn turistlərin sayının cari il pandemiyadan əvvəlki rəqəmlərə çatması hədəflənir.

2020-ci ildə "Covid-19" epidemiyası səbəbindən ölkəyə gələn turistlərin sayı təxminən 1 milyon 500 min olub.

2021-ci ildə Özbəkistanı 1 milyon 800 min turist ziyarət edib, 2022-ci ildə ölkəyə gələn turistlərin sayı əvvəlki il ilə müqayisədə 2,8 dəfə artaraq 5 milyon 200 minə çatıb.



Әlaqәli Xәbәrlәr