Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın paytaxtı Bakıda rəsmi səfərdədir

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə ...

2029509
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın paytaxtı Bakıda rəsmi səfərdədir

 

  Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın paytaxtı Bakıda rəsmi səfərdədir.

  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda nazir Güləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər qarşılayıblar.

  Yaşar Gülərin Bakıya səfəri çərçivəsində Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və ortaq maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr