Qazaxıstan-Özbəkistan ortaq hərbi təliminin ikinci mərhələsi keçirildi

Qazaxıstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə ...

2024440
Qazaxıstan-Özbəkistan ortaq hərbi təliminin ikinci mərhələsi keçirildi

 

  Qazaxıstan və Özbəkistanın hərbi birləşmələri terrorçu ünsürlərə qarşı birgə təlim keçirib.

  Qazaxıstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, iki ölkə arasında “Xəncər-2023” xüsusi əməliyyat təliminin ikinci mərhələsi olub.

  Müdafiə nazirləri Qazaxıstanın Manqistau vilayəti sərhədlərində keçirilən təlimi izləyiblər.

  Təlim ssenarisinə əsasən, Qazaxıstan və Özbəkistan hərbi birləşmələri bölgədə fəaliyyət göstərən beynəlxalq terror təşkilatının ünsürlərinə qarşı birgə əməliyyat keçirib.

  Mərkəzi Asiyada hərbi təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyan təlimdə Mi-8, Mİ-35 helikopterləri, SU-30SM təyyarələri və “Skylark 1LEX” pilotsuz uçuş aparatları ilə yanaşı çoxlu sayda piyada döyüş maşını, artilleriya və zenit sistemlərindən istifadə edilib.

  Birgə təlimin birinci mərhələsi avqustin əvvəlində Özbəkistanda keçirilib.



Әlaqәli Xәbәrlәr