Azərbaycan Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə ...

2020678
Azərbaycan Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları

 

  Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib.

  Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi pilotların ən müasir trenajorlarda uçuş vərdişləri məşq etdirildikdən, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib.

  Ssenariyə əsasən, Su-25ML, Su-25 və MiQ-29 tipli təyyarələr müəyyən edilmiş marşrutlar üzrə gecə məhdud görmə şəraitində və gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

  Həmçinin, təlim-məşq uçuşlarında gənc hərbi pilotlar L-39 təyyarələrində uçuş vərdişlərini təkmilləşdiriblər.

  Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.



Әlaqәli Xәbәrlәr