Özbəkistan və Tacikistan prezidentləri Türkmənistana səfər edib

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti İmaməli Rəhmanla ayrılıqda görüşüb.

2020362

Şavkat Mirziyoyev və İmaməli Rəhman Türkmənistan-Özbəkistan-Tacikistan prezidentlərinin üçtərəfli zirvə görüşü ilə əlaqədar  Türkmənistanın paytaxtı Aşqabada səfər ediblər.

Liderləri hava limanında Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov qarşılayıb.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti İmaməli Rəhmanla “Arkadağ” otelində ayrı-ayrılıqda görüşüb.

Türkmənistan Dövlət Xəbər Agentliyinin (TDH) yaydığı məlumata əsasən, liderlər ikitərəfli əməkdaşlığın inkişafı, beynəlxalq və regional səviyyədə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Әlaqәli Xәbәrlәr