Pakistan Azərbaycanla LNG alınmasına dair saziş imzalayıb

Pakistan və Azərbaycan arasında bir il müddətinə çevik şərtlərlə mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına dair çərçivə sazişi imzalanıb.

2015702
Pakistan Azərbaycanla LNG alınmasına dair saziş imzalayıb

Pakistan və Azərbaycan arasında bir il müddətinə çevik şərtlərlə mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına dair çərçivə sazişi imzalanıb.

Radio Pakistanın xəbərinə görə, “Pakistan LNG Limited” (PLL) şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Lahorda imzalanmış müqaviləyə Baş nazir Şahbaz Şərif şahidlik edib.

Bu münasibətlə çıxış edən Baş nazir bu müqavilənin müddətinin bir il olduğunu və daha bir il uzadıla biləcəyini bildirib.

Onun sözlərinə görə, sazişə uyğun olaraq, Azərbaycan hər ay bir partiya LNG təklif edəcək və Pakistan bu partiyanı qəbul edib-etməmək barədə qərar verəcək. O, Pakistanın yükü qəbul etmədiyi təqdirdə heç bir maliyyə sanksiyalarının olmayacağını bildirib.

Ş. Şərif sazişi Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində mühüm mərhələ adlandırıb. O, bu sazişdə mühüm rol oynadığına görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Pakistanın Azərbaycan Hava Yolları üçün İslamabad, Kəraçi və Lahora uçuş icazəsini təsdiqlədiyini qeyd edən Şərif bunun iki ölkə arasında investisiya və turizmin inkişafı üçün mühüm addım olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, Neftin qiymətinin qlobal artımından sonra Pakistan xam neft idxal mənbələrini diversifikasiya etmək cəhdlərinə başlayıb.

Pakistanın Rusiyadan idxal etdiyi 100 min ton xam neftin 45 min tonunu daşıyan ilk gəmi iyunun 11-də Kəraçiyə çatıb.

İyunun 15-də Pakistan Nazirlər Şurası Azərbaycandan LNG-nin güzəştli qiymətlə alqı-satqısına dair sazişi təsdiqləyib.



Әlaqәli Xәbәrlәr