İlham Əliyev Fuad Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi görüşlər keçirmək üçün Bakıya səfər edən Türkiye Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

2012592
İlham Əliyev  Fuad Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi görüşlər keçirmək üçün Bakıya səfər edən Türkiye Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Fuad Oqtay Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiye Prezidentinə çatdırmağı xahiş edib.

Türkiye ilə Azərbaycan arasında münasibətlərin məmnunluq doğurduğunu vurğulayan Fuad Oktay əlaqələrin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini qeyd edib.

Fuad Oqtay Şuşa Bəyannaməsi ilə rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiye münasibətlərinin həmin sənəddən irəli gələn məqsəd və hədəflər əsasında daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb. O, Kahramanmaraşda  baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyenin yanında olmasının önəmini qeyd edib və bu dəstəyə görə təşəkkürünü ifadə etdi

İki ölkə arasındakı iqtisadi əlaqələrin genişlənməsindən məmnunluğunu  bildirən Fuad Oqtay Oktay, hər iki ölkənin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı genişləndirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Ermənistanda türk və azərbaycanlı diplomatları, dövlət rəsmilərini qətlə yetirən Nemesis terror təşkilatına abidə ucaldıldığını xatırladan Fuad Oqtay bu vəziyyətin Türkiyeni ciddi şəkildə narahat etdiyini bildirib.

Türkiyedəki seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanın Azərbaycana etdiyi səfərinin önəmini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu səfər əsnasında da ikitərəfli əlaqələrin inkişafı ilə bağlı geniş müzakirələrin aparıldığını vurğulayıb.

Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, həmçinin bu əməkdaşlığın parlament səviyyəsində daha da inkişaf etdirilməsinin, parlamentlərin xarici əlaqələr komitələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

İlham Əliyev Ermənistanda Nemesis abidəsinin qoyulmasının  qəbuledilməz olduğunu qeyd edib.

Görüş zamanı həmçinin Orta Dəhliz, enerji və ticarət sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr