Ağdamın Sarıcalı kəndində kütləvi məzarlıq aşkarlanıb

Azərbaycan Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası Ağdamda insan qalıqlarının tanınması və yeni məzarların aşkar edilməsi istiqamətində işlərə başlayıb

2002719
Ağdamın Sarıcalı kəndində kütləvi məzarlıq aşkarlanıb

 

  Azərbaycanın Ermənistanın işğalından azad etdiyi Ağdamın Sarıcalı kəndində kütləvi məzarlıq aşkarlanıb.

  Bölgədə aparılan minatəmizləmə əməliyyatları zamanı 4 nəfərin sümükləri və hərbi nəqliyyat vasitəsinin hissələri aşkar edilib. Həmin şəxslərin Birinci Qarabağ Müharibəsində həlak olan Azərbaycan əsgərlərinə və ya mülki şəxslərə aid olduğu bildirilir.

  Qeyd edək ki, Azərbaycan Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası Ağdamda insan qalıqlarının tanınması və yeni məzarların aşkar edilməsi istiqamətində işlərə başlayıb.

  Rəsmi məlumatlara görə, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ Müharibəsində 3890 Azərbaycan əsgəri və mülki şəxs həlak olub.

  Azərbaycan Ermənistanla danışıqlarda daim itkin düşənlər məsələsini gündəmə gətirir və bu insanların taleyinə aydınlıq gətirilməsini tələb edir.

  Bundan əvvəl işğaldan azad edilmiş ərazilərdə 7 kütləvi məzarlıq aşkar olunub.



Әlaqәli Xәbәrlәr