Tərtərdə mina partlayışında 3 nəfər ölüb

Bu barədə Azərbaycan Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

1980862
Tərtərdə mina partlayışında 3 nəfər ölüb

2-ci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş Tərtər rayonunun Talış kəndi ərazisində minanın partladılması nəticəsində 3 nəfər həyatını itirib.
Bu barədə Azərbaycan Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumatda  hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd olunub.
Bildirilib ki, həyatını itirənlər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən Böyük Britaniya şirkətinin azərbaycanlı əməkdaşlarıdır.
Məlumatda  Ermənistan silahlı qüvvələrinin 2-ci Qarabağ müharibəsindən sonra yerləşdirdiyi minaların partlaması nəticəsində həyatını itirənlərin sayı 54-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr