Azərbaycan Ermənistanı nifrət cinayətlərinin qarşısını almağa çağırıb

Azərbaycan Ermənistanda Türkiye və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib.

1978601
Azərbaycan Ermənistanı nifrət cinayətlərinin qarşısını almağa çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Axhan Hacızadə tvitter hesabında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar İrəvanda keçirilən nümayişdə Türkiye və Azərbaycan bayraqlarının yandırılmasına münasibət bildirib.

“Türkiye və Azərbaycan bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkilatlanmış şəkildə yandırılmasını qətiyyətlə pisləyirik. Ermənistan hökuməti bu cür nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”.

 



Әlaqәli Xәbәrlәr