"Ermənilər unutmamalıdır ki, Azərbaycan bayrağı Qarabağda dalğalanır", İ.Əliyev

Bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib

1976668
"Ermənilər unutmamalıdır ki, Azərbaycan bayrağı Qarabağda dalğalanır", İ.Əliyev

 

  "Ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan bayrağı harada dalğalanır", bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

  “Bu gün Azərbaycan bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar”, - deyə dövlət başçısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr