TÜRKSOY-un UNESCO-da dövri sədrliyi Azərbaycana təhvil verildi

Azərbaycanın paytaxtı Bakıda TÜRKSOY-a Üzv Ölkələrin UNESCO Milli Komissiyalarının IX Toplantısı keçirilib

1971539
TÜRKSOY-un UNESCO-da dövri sədrliyi Azərbaycana təhvil verildi

 

  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO-da sözçüsü və dövri (müddətli) sədrliyi Türkiyədən Azərbaycana keçirildi.

  Azərbaycanın paytaxtı Bakıda TÜRKSOY-a Üzv Ölkələrin UNESCO Milli Komissiyalarının IX Toplantısı keçirilib. Yığıncaqda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TÜRKSOY-a üzv ölkələrin UNESCO milli komissiyalarının birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb, UNESCO tərəfindən 15 dekabrın Beynəlxalq Türk Dili Günü kimi qeyd olunması təklifini dəstəklədiklərini bildirib.

  TÜRSKOY baş katibinin müavini professor Bilal Çakıcı TÜRKSOY-a üzv ölkələrin UNESCO milli komissiyalarının bütün işlərinə dəstək verməyə davam edəcəklərini söyləyib.

  UNESCO-nun Türkiyə üzrə milli komissiyasının sədri Öcal Oğuz TÜRKSOY-a üzv ölkələrin UNESCO milli komissiyalarının ilk dəfə 2008-ci ildə bir araya gəldiklərini xatırladaraq daha sonra ildə bir dəfə toplaşdıqlarını nəqərə çatdırıb: “UNESCO-da birlikdə çalışılacaq məsələlərlə bağlı mexanizm və qərarvermə mexanizmi qurduq. Birgə fəaliyyət ruhu bizə qüvvət verir. Biz təkcə qeyri-maddi irslə bağlı deyil, digər sahələrdə də əməkdaşlığa başladıq. Getdikcə daha mütəşəkkil işləyirik. Daimi komissiyaların yaratdığı sinerji UNESCO-nun işində də öz əksini tapır.

  UNESCO-nun Türkiyə Milli Komissiyası olaraq Qırğızıstandan aldığımız dövri sədrliyi bir ildən sonra indi Azərbaycana təhvil verməkdən böyük şərəf duyuruq".

  Çıxışlardan sonra TÜRKSOY-a Üzv Ölkələrin UNESCO-da sözçülük və müddətli sədrlik səlahiyyətləri Azərbaycana təhvil verildi.



Әlaqәli Xәbәrlәr