Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.

1947850
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolu var və ölkəmiz son dövrlər bu sahədə bir sıra vacib addımlar atıb.

Bu barədə Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada bildirib.

Bərpaolunan enerji sahəsində Azərbaycanda bir sıra layihələrin həyata keçirildiyini, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, bu, ölkədə istehsal olunan yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan yaradacaq, orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.

Dövlət başçısı bundan əvvəl Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb.

Prezident İlham Əliyev Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını, alman şirkətləri ilə uğurlu təcrübənin olduğunu, ölkələr arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib.

Dövlət başçısı ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirib, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəsi arasında sıx münasibətlərin mövcudluğunu bildirib.

Görüşə görə təşəkkürünü bildirən Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms Prezident İlham Əliyev ilə sonuncu görüşünü məmnunluqla xatırladıb və bildirib ki,"COVID-19" pandemiyasının törətdiyi fəsadlara baxmayaraq, Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında və ticarət dövriyyəsində əsaslı artım var.



Әlaqәli Xәbәrlәr