TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Bəxtiyor Səidovla görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Bəxtiyor Səidovla görüşüb.

1936732
TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Bəxtiyor Səidovla görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Bəxtiyor Səidovla görüşüb.

Ömürəliyev sabah keçiriləcək (24 fevral) İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin Toplantısında iştirak etmək üçün Daşkənddə Səidovla təkbətək görüş keçirib. 

Özbəkistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər əlaqələrin bütün sahələrdə müsbət inkişafından məmnunluq ifadə ediblər.

Səidov və Ömürəliyev təşkilatın 2022-ci ilin noyabrında təşkil etdiyi Səmərqənd sammitində qəbul edilmiş strateji qərarların icra prosesini qiymətləndirərək bildiriblər ki, təşkilata üzv ölkələr arasında kommersiya-iqtisadi əlaqələrin genişləndirilməsi, TDT bölgəsinin nəqliyyat və tranzit potensiyalından istifadə, informatika, rəqəmsal və yaşıl iqtisadiyyat sahələrində ortaq layihələrin həyata keçirilməsi, turizm, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Görüşdə Ömürəliyev bəyan edib ki, Özbəkistan TDT-nin müddətli sədrliyinin məqsəd və vəzifələrinin həyata keçirilməsində fəal iştirak etməyə hazırdır.

Görüşdən sonra mətbuata açıqlamasında Ömürəliyev Özbəkistan xarici işlər nazirinin müavini vəzifəsinə yeni təyin olunmuş Səidovla ilk dəfə görüşdüklərini qeyd edib.

Görüş zamanı tərəflər arasında əlaqələri və təşkilatın fəaliyyətinin inkişafı ilə bağlı Özbəkistanın fəaliyyət planını müzakirə etdiklərini bildirən Ömürəliyev əlavə edib ki,  2022-ci ilin noyabr ayında Səmərqənddə keçirilən TDT dövlət başçıları zirvə yığıncağında imzalanmış Səmərqənd Bəyannaməsi ilə digər sənədlərin icrası ilə bağlı məsələləri də müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr