20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla anılır

Qanlı Yanvar hadisələrindən 33 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla yad edilir.

1935409
20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla anılır

Qanlı Yanvar hadisələrindən 33 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də 20 Yanvar şəhidlərinin xatirəsi dərin ehtiramla yad edilir.

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.

Dövlət başçısı ölkənin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Bu müqəddəs məkana gələn insanların simasında kədərlə yanaşı, qürur hissləri görünür. Çünki 20 Yanvar Azərbaycan xalqının tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazılıb.

Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanları - Vətən müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Bu, xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramının parlaq təzahürüdür.



Әlaqәli Xәbәrlәr