Özbəkistan əhalisinin sayı 36 milyon 24 min 946 nəfərə yüksəlib

Yanvarın 1-nə Özbəkistan əhalisinin sayı 36 milyon 24 min 946 nəfərə yüksəlib.

1932512
Özbəkistan əhalisinin sayı 36 milyon 24 min 946 nəfərə yüksəlib

Yanvarın 1-nə Özbəkistan əhalisinin sayı 36 milyon 24 min 946 nəfərə yüksəlib.

Özbəkistan Dövlət Statistika Agentliyindən verilən açıqlamada 2022-ci il yanvarın 1-də 35 milyon 271 min 346 olan əhalinin 1 yanvar 2023-cü il tarixinə 36 milyon 24 min 946 nəfərə çatdığı bildirilib. Beləliklə, ölkə əhalisinin 753,6 min nəfər artdığı qeydə alınıb.

Məlumat verilib ki, ölkə əhalisinin 18 milyon 335,7 min nəfəri şəhərlərdə, 17 milyon 689,2 min nəfəri isə kənd yerlərində yaşayır.

Açıqlamada əhalinin 18 milyon 128 min 578 nəfərinin kişi, 17 milyon 896 min 368 nəfərinin qadın olduğu bildirilib.

Özbəkistan Müstəqil Dövlətlər Birliyində “əhalisi ən gənc və sürətlə artan ölkə” mövqeyindədir.



Әlaqәli Xәbәrlәr