Qazaxıstanda həyat ifliç olub

Qazaxıstanda son illərin ən sərt hava şəraiti qeydə alınıb.

1930109
Qazaxıstanda həyat ifliç olub

Ölkə üzrə hökm sürən sərt hava şəraiti və güclü qar yağışı həyata mənfi təsir etməyə davam edir.

Paytaxt Astana da daxil olmaqla 11 ştatda buzlanma və çovğun xəbərdarlığı edilib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sutka ərzində 37 şəhərlərarası yol nəqliyyata bağlanıb. Havanın dumanlı olması səbəbindən Astana-Petropavlovsk avtomobil yolunda 9 avtomobilin iştirakı ilə qəza baş verib, Ulutau vilayətində yolda qapalı qalan 23 sərnişin xilas edilib.

Paytaxt Astanada bir neçə gündür aramsız yağan qar səbəbindən küçələr ağarıb. Havanın temperaturu 30 dərəcə şaxtaya qədər enib. Baxmayaraq bələdiyyə təmizlik qrupları bir gecədə 2000-dən çox yük maşını ilə 39 min kubmetr qar təmizləyib. Astana Qubernatorluğu şəhər sakinlərinə xəbərdarlıq edib ki, uzun müddət çöldə qalmasınlar.



Әlaqәli Xәbәrlәr