Azərbaycan Fransaya nota verib

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası təqdim olunub.

1925059

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, görüş zamanı Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən dərin narahatlıq ifadə olunub.

Bəyanatda Ann Buayona  bir neçə gün əvvəl Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin liderləri adından Fransa Prezidenti Emmanuel Makrona ünvanlanmış məktubda Azərbaycana qarşı əsassız ittihamların və Azərbaycanın suverenliyi ilə ərazi bütövlüyünə xələl gətirən addımların atılması ilə əlaqədar çağırışların qəbuledilməz olduğu bildirilib.

Qeyd edək ki, Ann Buayonla görüşən nazirliyin rəsmiləri də Azərbaycana qarşı kampaniyanın dərhal dayandırılması üçün Fransa hökumətindən lazımi tədbirlərin görülməsini tələb edib.

Әlaqәli Xәbәrlәr