Qazaxıstan və Özbəkistan dövlət sərhədlərinin demarkasiyası haqqında müqavilələr imzalayıb

Özbəkistan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri müttəfiqlik səviyyəsinə çatdırılacaq.

1923033
Qazaxıstan və Özbəkistan dövlət sərhədlərinin demarkasiyası haqqında müqavilələr imzalayıb

Özbəkistan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri müttəfiqlik səviyyəsinə çatdırılacaq.

Özbəkistanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu ölkənin prezidenti Şevkat Mirziyoyev ilə görüşüb. Liderlər keçirdikləri təkbətək görüşdən sonra heyətlər arasında baş tutan görüşlərə sədrlik ediblər.
Görüşdə Mirziyoyev Qazaxıstanın ölkəsinin ən yaxın və etibarlı tərəfdaşı olduğunu ifadə edərək çoxşaxəli Özbəkistan-Qazaxıstan əməkdaşlığının bütün sahələrdə mühüm nəticələr əldə etdiyini qeyd edib.
Mirziyoyev deyib: "Xalqlarımızın tarixi və taleyi bir-biri ilə  bağlıdır. Problemlərimizi də birlikdə həll edirik".

Mirziyoyev dünən imzaladıqları müttəfiqlik sazişinin və dövlət sərhədlərinin demarkasiyasına dair sazişin tarixi sənədlər olduğunu, bunun Özbəkistan-Qazaxıstan münasibətlərində yeni dövrün başlamasına şərait yaradacağını,  ikitərəfli strateji tərəfdaşlıq münasibətlərini müttəfiqlik səviyyəsinə çatdıracağını qeyd edib.

Tokayev isə öz növbəsində deyib: ''Qazaxıstan və Özbəkistan xalqlarımızın ümumi tarixinə və qardaşlıq əlaqələrinə əsaslanan möhkəm münasibətlər qurub”. 

Tokayev bildirib ki, imzalanan sazişlər ikitərəfli münasibətlərdə yeni üfüqlər açacaq və iki ölkənin daha da yaxınlaşması istiqamətində birgə səylərini tam şəkildə əks etdirəcək.

Danışıqlardan sonra Mirziyoyev və Tokayev Özbəkistan və Qazaxıstan arasında müttəfiqlik münasibətlərinin qurulması və Özbəkistan-Qazaxıstan dövlət sərhədinin demarkasiyası haqqında saziş imzalayıblar.

Bundan əlavə, iki ölkə arasında Mərkəzi Asiya Beynəlxalq Sənaye Əməkdaşlıq Mərkəzinin yaradılması haqqında protokol, ətraf mühitin mühafizəsi, təhsil, strateji islahatlar, elektron ticarətin inkişafı, meşə təsərrüfatı, enerji, kimya, nəqliyyat, logistika sahələrində əməkdaşlıq sazişləri imzalanıb, həmçinin iki ölkənin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsi, yol xəritəsi daxil olmaqla 15 sənəd imzalanıb.



Әlaqәli Xәbәrlәr