Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfinə çağırış edib

Nazir Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, Ermənistan öz öhdəliklərini yerinə yetirmir.

1923000
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfinə çağırış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfinə çağırış edib.

Nazir Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, Ermənistan öz öhdəliklərini yerinə yetirmir.

Ceyhun Bayramov Ermənistana öz öhdəliklərinə ciddi yanaşmasına diar çağırış edib.

O bildirib ki, tez-tez Azərbaycan tərəfinin üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsinin zəruriliyi ilə bağlı çağırışlar eşidirik, amma əslində müddəaları rəsmi İrəvan pozur”.

“Ermənistan daim iddia edib ki, danışıqlara hazırdır. Lakin danışıq aparmaq istəyən ölkə bizim ərazilərimizi işğal edərək orada bitib-tükənməz səngərlər, bunkerlər tikib, milyonlarla piyada əleyhinə və ondan bir az miqdarda tank əleyhinə mina basdırıb. Bir ölkə əgər münaqişəni danışıqlar yolu ilə həll etməyə həqiqətən də çalışırsa, 30 il ərzində ərazilərimizdə böyük hərbi təyinatlı işlər görməməli idi”, - XİN rəhbəri diqqətə çatdırıb.



Әlaqәli Xәbәrlәr