Azərbaycan MN: Ordumuzun Ermənistan silahlı bölmələrinə atəş açması məlumatı tamamilə yalandır

MN: Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

1908518
Azərbaycan MN: Ordumuzun Ermənistan silahlı bölmələrinə atəş açması məlumatı tamamilə yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edir.



Әlaqәli Xәbәrlәr