Kasım-Jomart Tokayev: "Mərkəzi Asiyanın regional və qlobal miqyasda əhəmiyyəti getdikcə artdı"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiyanın regional və qlobal miqyasda əhəmiyyətinin getdikcə artdığını bildirib.

1902392
Kasım-Jomart Tokayev: "Mərkəzi Asiyanın regional və qlobal miqyasda əhəmiyyəti getdikcə artdı"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiyanın regional və qlobal miqyasda əhəmiyyətinin getdikcə artdığını bildirib.

Tokayev paytaxt Astanada fəaliyyət göstərən xarici missiya rəhbərləri və diplomatlarla görüşüb.

Tokayev noyabrın 20-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə formalaşacaq yeni idarəetmə modeli ilə hakimiyyətin nizamlı istiqamətinin təmin ediləcəyini və Qazaxıstanın daha demokratik dövlət olması üçün addımlar atılacağını bildirib.

Açıq iqtisadiyyat prinsipinə sadiq qalaraq, dünyanın 180 ölkəsi ilə ticarət əlaqələrini davam etdirəcəklərini vurğulayan Tokayev deyib:

“Mövcud iqtisadi təlatümlərə baxmayaraq, xammal istisna olmaqla ixracımız təxminən 40 faiz artıb. Xarici investisiyaların cəlb edilməsində Mərkəzi Asiyada lider mövqeyimizi daha da gücləndirmək əzmindəyik”.

Hazırda Çin və Avropa arasında avtomobil nəqliyyatında daşımaların 80 faizindən çoxunun Qazaxıstan ərazisindən keçdiyini vurğulayan Tokayev Transxəzər Marşrutunun (Mərkəzi Dəhliz) enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsində getdikcə daha çox əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qazaxıstanın BMT prinsiplərinə uyğun olaraq beynəlxalq hüquqa əsaslanan dövlətlərin bərabərliyi, suverenliyi və ərazi bütövlüyü hüquqlarını bundan sonra da müdafiə edəcəyini bildirən Tokayev bununla bağlı bütün dövlətlər və təşkilatlarla qarşılıqlı səmərəli əməkdaşlığa açıq olduqlarını qeyd edib.

Tokayev Mərkəzi Asiyanın regional və qlobal miqyasda artan əhəmiyyətinə diqqət çəkib və bunları deyib:

“Bu vəziyyət, “C5+” formatlı tərəfdaşlarımızla əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar təqdim edir. Hazırda Mərkəzi Asiya dövlətləri həmin formatın tərəfdaşları olan ABŞ, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Avropa İttifaqı daxil müxtəlif ölkə və refional İttifaqla fəal əqalə saxlamağa başlayıb".

Tokayev qeyd edib ki, Qazaxıstan Mərkəzi Asiyanın aparıcı iqtisadiyyatı olaraq regional inkişafa töhfə verməyə davam edəcək.



Әlaqәli Xәbәrlәr