ABŞ-da Türk Dövlətləri Təşkilatı ziyafət təşkil edib

ABŞ-da Türk Dövlətləri Təşkilatının 13-cü ildönümü münasibətilə Türkiyenin Vaşinqtondakı səfirliyində ziyafət təşkil edilib.

1902253
ABŞ-da  Türk Dövlətləri Təşkilatı ziyafət təşkil edib

ABŞ-da Türk Dövlətləri Təşkilatının 13-cü ildönümü münasibətilə Türkiyenin Vaşinqtondakı səfirliyində ziyafət təşkil edilib.

Türkiyenin Vaşinqtondakı səfiri Hasan Murat Mercan və xanımı İnci Mercanın ev sahibliyi etdiyi ziyafətdə ABŞ təhsil nazirinin müşaviri Erika Olson və Türk dövlətlərinin səfirləri iştirak ediblər.

Vaşinqtondakı səfir Hasan Murat Mercan çıxışında türk dövlətləri arasındakı əlaqələrin coğrafi sərhədlərlə bir-birindən ayrılmasına baxmayaraq yaxın olduğunu bildirərək, dövlətlər arasında siyasi həmrəyliyi gücləndirmək, texniki əməkdaşlığı sürətləndirmək, tarixi və mədəni əlaqələri dəstəkləmək məqsədlərinin olduğunu vurğulayıb.

ABŞ Dövlət Departamentinin Təhsil katibinin müşaviri Erika Olson da çıxışında türk dövlətləri ilə əlaqələrin əhəmiyyətini dilə gətirib.

Karyerasının yarısının Türk dövlətlərində keçdiyini xatırladan Olson təşkilatın nələr edə biləcəyini yerində gördüyünü və bildiyini bildirib.



Әlaqәli Xәbәrlәr