Ermənistan silahlıları Azərbaycanın Kəlbəcər və Tovuz rayonlarını atəşə tutub

Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki...

1887965
Ermənistan silahlıları Azərbaycanın Kəlbəcər və Tovuz rayonlarını atəşə tutub

 

  Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycanın Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

  Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.



Әlaqәli Xәbәrlәr