Şarl Mişel İham Әliyev və Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb

Bu barәdә Şarl Mişel rәsmi internet sәhifәsindә paylaşım edib.

1864500
Şarl Mişel İham Әliyev və Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon әlaqәsi saxlayıb.

Bu barәdә Şarl Mişel rәsmi internet sәhifәsindә paylaşım edib. O, regionda baş verənlərlə bağlı İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda telefon danışığı apardığını bildirib.

Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması və dialoq kanallarını açmaq  üçün birlikdə çalışdıqlarını bildirən Şarl Mişel deyib: “Liderlərin növbəti Brüssel görüşündən əvvəl dialoqun davam etdirilməsi və gündəmdәki bütün maddələr üzrə konkret irəliləyişin əldə olunması böyük әhәmiyyәt kәsb edir”.

Azәrbaycan Prezidenti İlham Əliyev və Ermәnistan Baş naziri Nikol Paşinyan sonuncu dəfə mayın 22-də Belçikanın paytaxtı Brüsseldə keçirilәn  üçtərəfli görüşdə bir araya gәliblәr.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə keçiriləcək növbəti görüşün tarixini açıqlamayıb.

Qeyd edәk ki, ABŞ dövlət katibi Entoni  Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ məsələsini müzakirә edib.

Bu barәdә ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mәlumat verib. Ned Praysın verdiyi yazılı açıqlamada deyilir: “Amerika Birlәşmiş Ştatları dövlәt katibi Entoni Blinken Ermәnistan Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdә ABŞ-ın Qarabağ və onun ətrafındakı vəziyyəti izlәdiyini ifadә edib’’.

Mәlumata görә, Entoni Blinken söhbәt zamanı  problelәrin dialoq yolu ilә hәll edilmәsi ilә әlaqәdar çağırış edib.

Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub, nәticәdә bir hәrbçi şәhid olub. Hücumdan sonra Azәrbaycan Ordusu bölgәdә ‘‘Qisas’’ әmәliyyatı keçirib. Әmәliyyat nәticәsindә qeyri-qanuni erməni silahlı dəstələrinә aid mövqelәr mәhv edilib, hәrbi hissәlәri havadan vurulub.



Әlaqәli Xәbәrlәr