Ceyhun Bayramov vә Sergey Lavrov birgә mәtbuat konfransında çıxış ediblәr

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar bərpa olunmalıdır.

1847996
Ceyhun Bayramov vә Sergey Lavrov birgә mәtbuat konfransında çıxış ediblәr
lavrov-bayramov.jpg
sergey lavrov.jpg

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar bərpa olunmalıdır.

Azərbaycanın paytaxtı Bakıya  səfər edən Sergey Lavrov azәrbaycanlı hәmkarı Ceyhun Bayramovla görüşüb. Tәrәflәr daha sonra birgә mәtbuat konfransında çıxış ediblәr.

İkitərəfli əlaqələrə toxunan Sergey Lavrov Azərbaycanla beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq sazişi imzaladıqlarını bildirib.

Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqların bәrpa edilmәsinin vacibliyini vurğulayan Sergey Lavrov  hər iki ölkənin buna hazır olduğunu və Moskvada keçiriləcək görüşlә bağlı hazırlıqların davam etdiyini bildirib.

Sergey  Lavrov hәmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə dəstək verməyə hazır olduqlarını bildirib.

Xəzər dənizi məsələsinə toxunan Lavrov Xəzərin hüquqi statusu ilə bağlı sazişin tam şəkildə yerinə yetirilməli olduğunu vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Qarabağ məsələsinə toxunaraq deyib: "Bölgədə sülh və rifahı təmin etmək üçün razılaşmaları yerinə yetirmək və sülhü özündə ehtiva edən bir gündəm yaratmaq lazımdır. Azərbaycan, Rusiya və Ermənistan arasında әldә olunan üçtərəfli sazişlərin həyata keçirilməsi zəruridir. Bu bölgәnin inkişafı üçün çox vacibdir''.

Xəzər dənizi bölgәsindәki ölkələr arasındakı əməkdaşlığın vacibliyinə toxunan Ceyhun Bayramov Azәrbaycanın  Xəzər dənizinin hüquqi statusu haqqında sazişin ratifikasiyası prosesini başa çatdırdığını bildirib.



Әlaqәli Xәbәrlәr