Türkmənistan beynəlxalq uçuşların bərpasına başlayır

Türkmənistanın rəsmi televiziya kanalı Altın Asırın xəbərinə görə...

1841770
Türkmənistan beynəlxalq uçuşların bərpasına başlayır

 

  Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov yaxın vaxtlarda beynəlxalq uçuşların bərpası barədə göstəriş verib.

  Türkmənistanın rəsmi televiziya kanalı "Altın Asır"ın xəbərinə görə, prezident S.Berdiməhəmmədov Nazirlər Kabinetinin onlayn iclasında dünyada yeni növ koronavirusa (Covid-19) yoluxma hallarının normallaşdığını və bir çox ölkədə beynəlxalq səfərlər edildiyini bildirib və yaxın vaxtlarda beynəlxalq uçuşların bərpası barədə göstəriş verib.

  Xatırladaq ki, iyunun 1-dən Türkmənistan Aşqabad-Dubay və Aşqabad-Kazan istiqamətlərinə həftəlik müntəzəm uçuşlara başlayıb.



Әlaqәli Xәbәrlәr