Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (9 may 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1824268
Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (9 may 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 2 yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 632 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 864 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 59 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1752, bu günə qədər isə ümumilikdə 6 milyon 836 min 568 test icra olunub.

Mayın 9-da Azərbaycanda yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya prosesi qeydə alınmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 669 min 883, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 341 min 971, ikinci mərhələ üzrə 4 milyon 842 min 230, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 244 min 10, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 241 min 672-dir.



Әlaqәli Xәbәrlәr