Azərbaycan və Yaponiya festivalı keçiriləcək

Festival Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illik yubileyinə həsr ediləcək

1818642
Azərbaycan və Yaponiya festivalı keçiriləcək

 

  Yaponiyanın “Nippon” fondunun direktoru Yokoo Norihiko, layihə rəhbəri Miki Nozaki və məsul şəxsi Mariko Toyohira Azərbaycana səfər ediblər.

  Azərtac informasiya agentliyi xəbər verir ki, səfərin əsas məqsədi iyunun 24-25-də Azərbaycan Milli Abilimpiya Federasiyası və Yaponiyanın “Nippon” fondunun birgə təşkilatçılığı ilə keçiriləcək "Əsl rəng festivalı"na (True Color Festival) hazırlıq işləri, proqramı və iştirakçıları ilə tanış olmaqdır.

  Festival Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illik yubileyinə həsr ediləcək.

  “Nippon” fondu, Milli Abilimpiya Federasiyası və Yaponiyanın Azərbaycandakı səfirliyi arasında gələcək əməkdaşlıq mövzusunda görüşlər keçirilir.

  Səfər çərçivəsində “Nippon” fondunun nümayəndə heyəti Azərbaycan Milli Abilimpiya Federasiyasının fəaliyyəti və dövlət tərəfindən əlilliyi olan şəxslərin peşə bacarıqlarının və istedadlarının artırılması üçün yaradılmış şəraitlə tanış olublar.



Әlaqәli Xәbәrlәr