Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 aprel 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1810036
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 aprel 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 21 yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 237 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 782 min 332 nəfər müalicə olunaraq sağalıb, 9 min 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 202 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 453, bu günə qədər isə ümumilikdə 6 milyon 743 min 461 test icra olunub.

  Aprelin 10-da Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 8 min 312 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 566, ikinci doza vaksinlərin sayı 664, üç və daha çox doza vaksinlərin sayı 6 min 559, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 523 olub.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 549 min 307, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 330 min 997, ikinci mərhələ üzrə 4 milyon 832 min 867, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 151 min 707, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 233 min 736 təşkil edir.



Әlaqәli Xәbәrlәr