Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 mart 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1794596
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 mart 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 192 yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər həyatını dəyişib. 

  İndiyədək ölkədə ümumilikdə 790 min 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 779 min 417 nəfər müalicə olunaraq sağalıb, 9611 nəfər vəfat edib. Aktiv xəstə sayı 1739 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4435, bu günə qədər isə ümumilikdə 6 milyon 632 min 882 test icra olunub.

  Martın 13-də Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 16 min 804 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 862, ikinci doza vaksinlərin sayı - 1354, üç və daha çox doza vaksinlərin sayı – 13 min 624, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 964-dür.

  Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 263 min 746, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 314 min 246, ikinci mərhələ üzrə 4 milyon 803 min 742, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 926 min 667, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 219 min 91-dir.



Әlaqәli Xәbәrlәr