Ankarada "Xocalıdan 44 günlük savaşa" tədbiri keçirildi
Fevralın 24-də Türkiyə Prezident Adminstrasiyasının Milli Kitabxanasında “Müharibə cinayətlərinin hüquqi dəyərləndirilməsi və alınan dərslər - Xocalıdan 44 günlük savaşa” mövzusunda tədbir keçirilib
Türkiyə Prezident Adminstrasiyasında “Xocalıdan 44 günlük savaşa” adlı tədbir keçirilib.
Fevralın 24-də Türkiyə Prezident Adminstrasiyasının Milli Kitabxanasında “Müharibə cinayətlərinin hüquqi dəyərləndirilməsi və alınan dərslər - Xocalıdan 44 günlük savaşa” mövzusunda tədbir keçirilib.
Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) təşkilatçılığı ilə keçirilən tədbirdə "Tarixdə bir dəhşətli səhifə - Xocalı" sənədli filmi nümayiş edilib və şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Xocalı soyqırımına dair fotosərgi də nümayiş edilib.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov aşılışda çıxış edərək bildirib: “Ermənistan tərəfindən Azərbaycanın Xocalı və digər bölgələrində törədilmiş soyqırım və digər müharibə cinayətləri beynəlxalq hüquq çərçivəsində mütəxəssislər tərəfindən daha düzgün dəyərləndirilməlidir”.
TADƏHF-in rəhbəri, professor Aygün Attar sözügedən mövzu ilə bağlı söyləyib: "Xocalı soyqırımı" bu günədək hüquqi olaraq kifayət qədər qiymətləndirilməyib.
Türkiyədəki bütün qeyri-hökumət təşkikatları bu gündən fevralın 26-dək sosial şəbəkələrdən bird aha "Xocalıya ədalət" həştəqini paylaşaraq bu problemə ictimaiyyətin diqqətini çəkməyə çalışacaq.
“Xocalıdan 44 günlük savaşa: müharibə cinayətlərinin hüquqi dəyərləndirilməsi və ibrət alınması” mövzusunda panel müzakirəsində professor Aygün Attarın moderatorluğu ilə bu hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması üçün Azərbaycan tərəfindən atılan addımlar, qarşıya çıxan problemlər, eləcə də bölgədəki son proseslər müzakirə olunub.
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Nizami Səfərov, Ankara Universitetinin dossenti Cavid Abdullahzadə və Qalatasaray Universitetinin professoru Emre Oklem mövzu ilə bağlı çıxış ediblər.
Nizami Səfərov deyib: “Türkiyə respublikasının qurucusu Mustafa Kamal Atatürk "Biz kimsənin düşməni deyilik, ancaq bəşəriyyətə düşmən olanların düşməniyik". Ermənistanın törətdiyi Xocalı soyqırımının beynəlxalq cinayət məhkəməsinin hüquqları çərçivəsində cəzalandırılması üçün Azərbaycan dünya miqyasında fəaliyyətlərini davam etdirir.”
Azərbaycanın tanınmış telejurnalisti, “Star” qəzetinin köşə yazarı Sevil Nuriyeva canlı şahidi olduğu Xocalı soyqırımına bugünkü baxışı izah edib, faciənin unudulmaması üçün onun Azərbaycan, Türkiyə və digər ölkələrın tarix dərsliklərinə salınması vacibnliyi üzərində durub.
Çıxışçılar sonda iştirakçıların suallarını cavablandırıblar.