Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 fevral 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1783980
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 fevral 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1979 yoluxma faktı qeydə alınıb, 7198 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər həyatını dəyişib.

  İndiyədək ölkədə ümumilikdə 779 min 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 749 min 524 nəfər müalicə olunaraq sağalıb, 9307 nəfər vəfat edib. Aktiv xəstə sayı 20 min 952 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 506, bu günə qədər isə ümumilikdə 6 milyon 511 min 864 test icra olunub.

  Fevralın 23-də Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 36 min 141 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2502, ikinci doza üzrə 1770, üç və daha çox doza vaksinlərin sayı 29 min 929, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 1940-dır.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 864 min 217, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 290 min 799, ikinci mərhələ üzrə 4 milyon 778 min 777, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 596 min 563, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 198 min 78-dir.



Әlaqәli Xәbәrlәr