Azərbaycan Respublikası Rusiyaya kəskin reaksiya göstərdi
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir...
Rusiya Xarici İşlər Nazirliyinin Naxçıvan və Qarabağı “Şərqi Ermənistan” adlandırmasına Azərbaycan Respublikası kəskin şəkildə reaksiya göstərib.
Rusiya Xarici İşlər Nazirliyinin sosial media hesabında Türkmənçay müqaviləsi ilə bağlı paylaşım edib. Burada Naxçıvan və Qarabağ “Şərqi Ermənistan” adlandırılıb.
Azərbaycan bu yazıya reaksiya verib və düzəliş gözlədiklərini açıqlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “1828-ci ildə Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatların Rusiya Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşılması təəccüblü və üzücüdür”.
Qeyd edək ki, paylaşım Azərbaycan və Rusiya arasında Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannamənin imzalandığı gün edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi dezinformasiyanın aradan qaldırılmasını istəyib.