Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 fevral 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1782375
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 fevral 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1038 yoluxma faktı qeydə alınıb, 3324 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər həyatını dəyişib.

  İndiyədək ölkədə ümumilikdə 775 min 432 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 737 min 710 nəfər müalicə olunaraq sağalıb, 9 min 261 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 461 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 683, bu günə qədər isə ümumilikdə 6 milyon 491 min 40 test icra olunub.

  Fevralın 21-də Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə 88 doza vaksin vurulub. Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 12, ikinci mərhələ üzrə 71, üç və daha çox doza vaksinlərin sayı 5-dir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 787 min 678, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 285 min 339, ikinci mərhələ üzrə 4 milyon 775 min 34, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 533 min 323, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 193 982-dir.



Әlaqәli Xәbәrlәr