Qurbanqulu Berdiməhəmmədovun oğlu Türkmənistan Prezidentliyinə namizəd olub

Fevralın 14-də Türkmənistanda prezident seçkiləri öncəsi kampaniyaya start verilib.

1778581
Qurbanqulu Berdiməhəmmədovun oğlu Türkmənistan Prezidentliyinə namizəd olub

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürüb.

Bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edək ki, fevralın 14-də Türkmənistanda prezident seçkiləri öncəsi kampaniyaya start verilib. İlkin mərhələ namizədlərin irəli sürülməsi mərhələsidir.

Ölkənin Seçki Məcəlləsinə əsasən, seçkilərin elan edilməsi tarixinədək qeydiyyatdan keçmiş siyasi partiyalar, həmçinin vətəndaş qrupları namizəd irəli sürmək hüququna malikdir.

Siyasi partiyalar qurultay vasitəsilə öz namizədlərini irəli sürür. Türkmənistanda 3 siyasi partiya fəaliyyət göstərir. Bunlar Türkmənistan Demokrat Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır.

Xatırladaq ki, martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Mərkəzi Asiya ölkəsində prezident 7 il müddətinə seçilir.



Әlaqәli Xәbәrlәr