Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 fevral 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1779241
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 fevral 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 4687 yoluxma faktı qeydə alınıb, 6506 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər həyatını dəyişib.

  İndiyədək ölkədə ümumilikdə 752 min 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 696 min 565 nəfər müalicə olunaraq sağalıb, 9 min 105 nəfər vəfat edib. Aktiv xəstə sayı 46 min 935 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 682, bu günə qədər isə ümumilikdə 6 milyon 414 min 158 test icra olunub.

  Fevralın 15-də Azərbaycanda 71 min 434 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyadan keçib. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 52, ikinci mərhələ üzrə 2 min 52, “buster” doza ilə peyvənd olunanların sayı isə 66 min 330 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 549 min 963, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 270 min 596, ikinci mərhələ üzrə 4 milyon 766 min 430, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 512 min 937-dir.



Әlaqәli Xәbәrlәr