Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsini təsdiqləndi

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb

1777593
Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsini təsdiqləndi

 

  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiqlənib.

  Azərtac informasiya agentliyi xəbər verir ki, fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

  Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuşa Bəyannaməsi haqqında qanun layihəsini ratifikasiya edib.

  Tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib, hərtərəfli əməkdaşlıq istiqamətində yeni üfüqlər açılıb.



Әlaqәli Xәbәrlәr