Kasım-Jomart Tokayev: ‘‘Keçәn ay yaşanan olaylar Qazaxıstandakı vәziyyәti kökündәn dәyişdirib’’
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev keçәn ay yaşanan hadisәlәrin ölkәsindәki vәziyyәti kökündәn dәyişdirdiyini deyib.
![Kasım-Jomart Tokayev: ‘‘Keçәn ay yaşanan olaylar Qazaxıstandakı vәziyyәti kökündәn dәyişdirib’’](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/c4a9/7835/c4fc/620245544c0b4.jpg?time=1718873678)
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev keçәn ay yaşanan hadisәlәrin ölkәsindәki vәziyyәti kökündәn dәyişdirdiyini deyib.
Qazaxıstan prezidenti keçәn ay formalaşdırılan yeni hökumәtin genişlәndirilmiş iclasına qatılıb. İclasa videokonfrans yolu ilә qatılan Kasım-Jomart Tokayev deyib: ‘‘Yanvar ayında yaşanan hadisәlәr Qazaxıstandakı vәziyyәti kökündәn dәyişdirdi’’.
Kasım-Jomart Tokayev ölkәdә borcu olan şәxslәrinin sayının artığına diqqәt çәkib.
‘‘Yeni hökumәt xalqın sosial rifahını yüksәltmәlidir, inflyasiyanı aşağı salmalıdır vә gәlir sәviyyәsini yüksəltməlidir’’,-deyә Qazaxıstan prezidenti vurğulayıb.
Tokayev qeyri-qanuni yolla xaricә çıxarılan maliyyә vәsaitinin geri qaytarılacağını deyib.
Qazaxıstan millәt vәkili Maksat Ramankulov verdiyi bәyanatda son 25 ildә Qazaxıstandan tәxminәn 140 ilә 160 milyard dollar vәsaitin xaricdәki ofşor şirkәtlәrә köçürüldüyünü bildirib.
Әlaqәli Xәbәrlәr
![Yeni müharibə mənbəyinin yaradılmasına görə məsuliyyəti yenə qisasçı siyasət yürüdənlər daşıyır](http://cdn.trt.net.tr/images/medium/rectangle/fdb9/67bb/4226/66503a197b7b4.jpg?time=1718873678)
Yeni müharibə mənbəyinin yaradılmasına görə məsuliyyəti yenə qisasçı siyasət yürüdənlər daşıyır
Azərbaycan Müdafiə Nazirliyi yaydığı bəyanatında bildirib ...