Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1770479
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 yanvar 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 4943 yoluxma faktı qeydə alınıb, 1587 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər həyatını dəyişib. 

  İndiyədək ölkədə ümumilikdə 656 min 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 624 min 259 nəfər müalicə olunaraq sağalıb, 8 min 720 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 305 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 204, bu günə qədər isə ümumilikdə 6 milyon 149 min 156 test icra olunub.

  Yanvarın 30-da Azərbaycanda 29 min 728 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyadan keçib. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1310, “buster” doza ilə peyvənd olunanların sayı isə 26 min 44 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 749, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 230 min 388, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 742 min 169 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 2 milyon 28 min 192 nəfərdir.



Әlaqәli Xәbәrlәr