Ersin Tatar: "Ərdoğanın Kıbrıs məsələsi ilə bağlı açıqlamalarından məmnunam"

Prezident Ersin Tatar Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Kıbrıs məsələsində tutduğu mövqe ilə bağlı açıqlamalarından məmnun olduğunu bildirib.

1762526
Ersin Tatar: "Ərdoğanın Kıbrıs məsələsi ilə bağlı açıqlamalarından məmnunam"

Şimali Kıbrıs ( Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Kıbrıs məsələsində tutduğu mövqe ilə bağlı açıqlamalarından məmnun olduğunu bildirib.

Prezident Tatar yaydığı bəyanatda yanvarın 13-də Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri ilə görüşündə Prezident Ərdoğanın Türkiyənin Kıbrıs məsələsində tutduğu mövqe ilə bağlı verdiyi açıqlamaları dəyərləndirib.

Türkiyənin Kıbrıs məsələsində mövqeyinin bəlli olduğunu deyən Tatar Ərdoğanın "Kıbrıs probleminin həlli üçün 50 ildən çox davam edən danışıqlar prosesinin nə üçün uğurlu olmadığı hamısının hamınıza məlumdur. Rumlar özlərini adanın tək sahibi kimi görən, Kıbrıs türklərini yox sayan zehniyyətdən qurtula bilmədi" tərzindəki çıxışından çox məmnun olduğunu vurğulayıb.

Türkiyə ilə tam fikir və fəaliyyət vahidliyi içində suverən bərabər iki dövlətin əməkdaşlığını nəzərdə tutan yeni anlayışın daha da kök salmaq üçün həyata keçirilən siyasətin artaraq davam edəcəyini vurğulayan Tatar Kıbrıs Türk xalqının bölgədəki qanuni hüquq və mənafelərinə Türkiyənin dəstəyi ilə yiyə durmağa davam edəcəyini də bildirib. 

E. Tatar xatırladıb ki, Prezident Ərdoğanın görüşdə Aİ-nin kor-koranə Rum tərəfinin sözçüsü kimi çıxış etdiyini, lakin eyni coğrafiyanın ayrılmaz hissəsi olan Kıbrıs türklərinin hüquq və qanunlarına məhəl qoymadığını bildirib.

Qeyd edək ki, Prezident Ərdoğan Kıbrısla bağlı bu ifadələrdən istifadə etmişdir:

"Ortaya qoyulan ikili standartlar artıq hamımızı o yerə çatdırdı ki, bu günün paltarlarını dünənki günəşlə qurutmağa çalışmaq vaxt itkisidir. Kıbrıs probleminin Adadakı faktlar əsasında bütün  tərəflərin faydasına olacaq şəkildə həllə qovuşdurulması üçün KKTC ilə birlikdə işləməyə davam edirik. Kıbrıs türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınması həll yolu açacaq. Belə bir həll yolu Şərqi Aralıq dənizindəki əməkdaşlıq mühitinin inkişafına da töhfə verəcəkdir.

Aİ-nin səmimi bir mühasibat aparmasının vaxtıdır. Əgər Aİ həqiqətən də həllə töhfə vermək istəyirsə, 2004-cü ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Kıbrıs türklərinin varlığını və iradəsini tanımalı və Cenevrədə təqdim olunan həll təklifini dəyərləndirməlidir. Əks halda, bu, yeni bir diqqəti yayındırma, xüsusilə də bir taktika kimi görünəcək və vaxt və enerji itkisindən başqa heç bir məna ifadə etməyəcəkdir".



Әlaqәli Xәbәrlәr