Kəlbəcərdə Azərbaycan əsgəri şəhid oldu
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir...
Azərbaycan-Ermənistan sərhədindəki erməni əsgərlərinin Kəlbəcərdə hərbi xidmətdə olan Azərbaycan əsgərlərinin olduğu mövqelərə atəş açmaları nəticəsində bir Azərbaycan əsgəri şəhid olub.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir: “Azərbaycanın Kəlbəcər rayonu sərhəd xəttində Ermənistan əsgərləri Azərbaycan mövqelərini atəşə tutub.
Günorta saatlarında edilən hücumda Azərbaycan əsgəri Ayaz Nəzərov şəhid olub.
Azərbaycan ordusunun müdaxiləsi ilə qarşı tərəf susdurulub.
Gərginliyin bütün məsuliyyətini Ermənistanın hərbi qüvvələri və siyasətçiləri daşıyır”.
Әlaqәli Xәbәrlәr
“İsraillə ticarəti tamamilə dayandırdıq”, R.T.Ərdoğan
İstanbulda mətbuat nümayəndələrinə açıqlamasında R.T.Ərdoğan deyib ...
“Bir sıra Aİ ölkəsinin Fələstini rəsmən tanımasını gözləyirik”, C.Borell
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə ...