Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1759606
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 yanvar 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 555 yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər həyatını itirib. 

  İndiyədək ölkədə ümumilikdə 621 min 234 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 605 min 561 nəfər müalicə olunaraq sağalıb, 8445 nəfər vəfat edib. Aktiv xəstə sayı 7228 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9395, bu günə qədər isə ümumilikdə 5 milyon 943 min 23 test icra olunub.

  Yanvarın 9-da Azərbaycanda 26 min 775 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyadan keçib. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 262, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 811 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 702 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 498 min 372, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 184 min 45, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 695 min 326 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 619 min 1 nəfərdir.



Әlaqәli Xәbәrlәr